6
SURE
Enam Suresi
⌄
⌄
1
2
3
5
6
7
Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, - deyərdilər. (Qurani-Kərim Həzrət Peyğəmbərə (s.ə.s.) ya Cəbrail vasitəsilə, ya da vasitəsiz vəhy yolu ilə nazil olmuşdur. Hər iki halda da ayələr yazılmış surətdə yox, Peyğəmbərə vəhy edilərək qəlbinə yerləşdirilmişdir. Bəzi kafirlər isə ayələrin yazılı surətdə gəlməsini istəyirdilər. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir və ayələr yazılmış halda nazil olsa da, onların iman gətirməyəcəkləri bildirilir. Necəki, Musa peyğəmbərə Tövrat yazılı şəkildə nazil olmuş, ancaq yenə də insanların arasından onu inkar edənlər çıxmışdı.)
8
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s) iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini və onun peyğəmbərliyini təsdiq etməsini istəyirdilər. Allah-Təala bu ayədə, onların mələyi görsələr də yenə iman gətirməyəcəklərini və bunun müqabilində də tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər vermişdir.)
9
10
11
12
14
16
17
19
De: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “(Həqiqətən, peyğəmbər olduğuma dair) mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə, sizi və (Quranın) çatdığı hər kəsi onunla xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa ilahların olduğunamı şahidlik edirsiniz?” De: “Mən şahidlik etmərəm!” De ki: “O, yalnız tək bir ilahdır. Həqiqətən, mən sizin şərik qoşduqlarınızdan uzağam!” (Məkkəli müşriklər Həzrət Peyğəmbərə: “Sənin peyğəmbər olduğuna dair heç bir şahid yoxdur”, – demişdilər. Bu hadisədən sonra yuxardakı ayə nazil olmuşdur.)
20
21
22
23
24
25
Onlardan səni (Quran oxuyarkən) dinləyənlər də vardır. Lakin onu (Quranı) anlamasınlar deyə, ürəklərinə pərdə çəkdik, qulaqlarına da ağırlıq verdik (kar etdik). Onlar hər cür möcüzə görsələr də, yenə ona inanmazlar. Hətta kafir olanlar sənin yanına gəldikləri zaman: “Bu (Quran), əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”, - deyərək səninlə mübahisə edirlər.
26
27
28
29
30
31
32
33
Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər. (Əbu Cəhl Həzrət Peyğəmbərə: “Biz sənin yalançı olduğunu demirik. Çünki sənin əmin və doğru bir insan olduğunu bilirik. Ancaq biz Allahın ayələrini inkar edirik”, – demişdi. Bu sözlər də Peyğəmbəri çox kədərləndirmişdi. Bunun nəticəsində Həzrət Peyğəmbəri (s.ə.s) təsəlli etmək məqsədilə yuxarıdakı ayə nazil olmuşdur.)
34
Şübhəsiz ki, səndən əvvəlki peyğəmbərlər də yalanlançı sayılmışdılar. Onlar, təkzib edilmələrinə və əziyyətə məruz qalmalarına rəğmən səbir etdilər və nəhayət, Bizim köməyimiz onlara gəlib çatdı. Heç kim Allahın sözlərini dəyişdirə bilməz! Şübhəsiz ki, peyğəmbərlərə aid xəbərlərin bir qismi sənə də gəlib çatdı.
35
Əgər onların (haqdan) üz çevirmələri sənə ağır gəlirsə, bacarırsansa, yerin daxilinə (enə biləcəyin) bir lağım, yaxud göyə çıxa biləcəyin bir nərdivan axtar ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah diləsəydi, onları doğru yol üzərində birləşdirərdi. Ona görə də əsla cahillərdən olma! (Yuxarıdakı ayədən də başa düşüldüyü kimi, möcüzə göstərmək Həzrət Peyğəmbərin (s.ə.s) əlində deyildi. Peyğəmbər (s.ə.s) möcüzə istəsə də, Allah diləmədikcə möcüzə göstərə bilməzdi.)
36
37
38
Yer üzündəki heyvanlar da, qanadları ilə uçan quşlar da ancaq və ancaq sizin kimi ümmətlərdir. Biz kitabda (Quranda) heç bir şeyi əskik qoymadıq. Sonra (onların hamısı) Rəbbinin hüzuruna yığılacaqlar. (Yuxarıdakı ayədə digər canlıların da insanlar kimi ümmətlər olduğu və onların da sürülər halında yaşadıqları bildirilir.)
39
40
41
42
43
44
46
47
48
50
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?” (Müşriklər Həzrət Peyğəmbərə (s.ə.s): “Əgər sən Allahın peyğəmbərisənsə, bizim üçün bol-bol nemətlər verməsini Ondan istə! Yoxsa sənə iman gətirmərik”, - dedilər. Bu hadisədən sonra yuxarıdakı ayə nazil oldu və peyğəmbərlərin insanları zənginləşdirmək üçün deyil, onlara haqqı təbliğ etmək üçün göndərildikləri bəyan edildi.)
51
52
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan. (Qüreyş qəbiləsindən olan müşriklər Həzrət Peyğəmbərin (s.ə.s) yanına gəldikləri zaman kasıb möminlərin orada olmasını istəmirdilər. Peyğəmbər (s.ə.s) də onların bu istəklərini yerinə yetirmək üçün həmin möminləri oradan uzaqlaşdırmaq istədi. Buna görə də Cəbrail (ə.s) Peyğəmbərə (s.ə.s) yuxarıdakı ayəni nazil edərək bunu etməməsi üçün onu xəbərdar etdi.)
53
54
56
57
58
59
Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır). (Göylərdə və yerdə insanların kəşf edə bilmədiyi neçə-neçə xəzinələr və nemətlər vardır ki, Allah onları bilir. Allah bu xəzinələri dilədiyi kimsələrin istifadəsinə verər. Çox ehtimal ki, qeybin açarları ifadəsi ilə sözügedən xəzinələr nəzərdə tutulmuşdur. Eyni zamanda axirət yurdu da qeyb sayılır və onu insanlar bilə bilməz.)
60
61
62
63
64
65
De: “O (Allah), üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) sizə əzab göndərməyə, yaxud sizin aranızı qarışdırıb bir-birinizə zərər verdirməyə qadirdir”. Bax, başa düşsünlər deyə, ayələri onlara necə açıqlayırıq! (Əvvəlki qövmlər peyğəmbərlərə iman gətirmədiyi üçün Allah onların bəzilərinin üzərinə göydən daş yağdıraraq, bəzilərini də şiddətli zəlzələlərlə məhv etmişdir. Bir qisim tayfaları da daxili çaxnaşmalar salmaqla bir-birinə qırdırmışdır. Yuxarıdakı ayə bu hadisələrə işarə edərək son peyğəmbərin ümmətini xəbərdar edir.)
68
69
70
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
71
De: “Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi dua edək?! Allah bizi doğru yola yönəltdikdən sonra yer üzündə şaşqın bir halda dolaşarkən şeytanların azdırdığı kəs kimi geriyəmi döndəriləcəyik? (Şeytanın azdırdığı) o kimsənin “Bizə gəl!” - deyərək haqq yola çağıran dostları var”. De: “Əsil doğru yol Allahın yoludur. Bizə aləmlərin Rəbbinə təslim olmağımız əmr edilmişdir”.
72
73
Göyləri və yeri haqq olaraq yaradan da Odur. O gün (axirət günü): “Ol!” - deyəcək və (hər şey) dərhal olacaq. Onun sözü haqdır. Surun çalınacağı gün hökmranlıq Onundur. Qeybi və aşkarı biləndir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır. (“Sur” mahiyyətini bilmədiyimiz bir şeydir. Suru İsrafil adlı mələk iki dəfə çalacaqdır. Belə ki ,birincisində qiyamət qopacaq və hər şey yox olacaq, ikincisində isə insanlar təkrar diriləcək və haqq-hesab üçün Allahın hüzuruna toplanacaqlar.)
74
Bir vaxt İbrahim atası Azərə demişdi: “Sən bütləri ilah kimimi görürsən? Həqiqətən, mən səni və sənin qövmünü açıq-aydın bir zəlalət içində görürəm”. (İbrahim peyğəmbər indiki İraq ərazisində məskunlaşan Kəldani qövmündən idi. Onun qövmü ulduzlara, göy cisimlərinə və bütlərə sitayiş edirdi. İbrahim peyğəmbər bütlərə sitayiş edən atasını və qövmünü sərt bir dillə tənqid etmiş və onları bir olan Allaha iman gətirməyə çağırmışdır.)
75
76
77
78
79
80
Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən) qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı?
81
82
83
Bu, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Yuxarıdakı ayədə “dəlil” kimi tərcümə edilən “hüccət” sözünü təfsirçilər “Həzrət İbrahimə verilən təfəkkür qabiliyyəti, qavrayış və müqayisə etmə gücü” kimi izah etmişlər. Eyni zamanda ona verilmiş möcüzələr də buna şamil edilə bilər.)
84
85
86
İsmaili, Əlyəsəni, Yunisi və Lutuda (doğru yola yönəltdik). Onların hamısını aləmlərdən (digər insanlardan) üstün etdik. (Yuxarıdakı ayələrdə adları keçən şəxslər Allahın doğru yola yönəltdiyi peyğəmbərlərdir. Allah onların bir qisminə digərlərindən fərqli məziyyətlər bəxş etmişdir. Onlardan bəzilərinə peyğəmbərliklə yanaşı hökmdarlıq da verilmiş, bəzilərinə kitab və səhifələr verilmiş, bəzilərinə isə, sadəcə olaraq peyğəmbərlik verilmişdir.)
87
88
89
90
91
(Yəhudilər) Allahı layiqincə tanımadılar. Belə ki, onlar: “Allah heç bir bəşərə hər hansı bir şey nazil etməmişdir”, - dedilər. De ki: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb (istədiyinizi) açıqlayırsınız, bir çoxunu da gizlədirsiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri (Qurandan) öyrənmiş olursunuz”. Sən: “Allah!” – de. Sonra onları burax ki, qoy düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.
92
Bu (Quran), Ümmül-Qura (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman gətirən kimsələr ona iman gətirər və namazlarını qılmağa davam edərlər. (Məkkə şəhəri İslam dünyasının mənəvi mərkəzidir. Onun ətrafından məqsəd isə bütün dünyadır. Həzrət Mühəmməd (s.ə.s.) həm Məkkə xalqına, həm də digər bütün insanlara göndərilmiş bir peyğəmbər olduğu üçün Qurani-Kərim də bütün insanlara xitab edir. Buna görə də Məkkə şəhərinə “Şəhərlərin anası” mənasına gələn “Ümmül-Qura” adı verilmişdir.)
93
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin. (Müsəyləmətül-kəzzab və Əsvədül-Ənsi kimi yalançı peyğəmbərlər: “Bizə də vəhy gəlir!” - deyərək yalandan peyğəmbər olduqlarını iddia edirdilər. Yuxarıdakı ayə bu kimi insanlar haqqında nazil olmuşdur.)
94
95
96
97
98
99
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman gətirən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
100
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır. (Bəzi bütpərəstlər cinləri Allaha şərik qoşur və onlara sitayiş edirdilər. Bundan əlavə, yəhudilər Üzeyr peyğəmbəri, xristianlar isə İsa peyğəmbəri Allahın oğlu hesab edirdilər. Bəzi müşriklər də mələklərin Allahın qızları olduğunu iddia edirdilər. Yuxarıdakı ayədə Allah-Təala bütün bu iddiaların batil olduğunu və Özünün belə xüsusiyyətlərdən uzaq olduğunu bildirir.)
101
102
103
104
Rəbbinizdən sizə bəsirət (görüb dərk etmə qabiliyyəti) gəlmişdir. Kim görərsə, bu öz lehinə, kim də görməzsə, bu onun əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm. (Allah-Təala insanlara cisimləri görmələri üçün göz verdiyi kimi, həqiqətləri görmələri üçün də qəlb gözü olan idrak qabiliyyəti vermişdir. Kim bu qabiliyyətini doğru yolda işlətməzsə, özünə zərər vermiş olar.)
105
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik. (Bu ayədə keçən “Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər” ifadəsi təfsirçilər tərəfindən belə izah edilmişdir; Müşriklərdən bəziləri Həzrət Peyğəmbərə (s.ə.s) iftira ataraq Quran ayələrinin Allah tərəfindən gələn vəhy deyil, peyğəmbərin (s.ə.s) bəzi kimsələrdən öyrəndiyi sözlər olduğunu iddia edirdilər. Buna görə də Allah-Təala ayələrini bu şəkildə tədrici olaraq nazil etdi ki, həmin müşriklərin küfrləri daha da artsın, eyni zamanda möminlərin imanları daha da qüvvətlənsin.)
107
108
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır. O (Allah), etdikləri əməlləri onlara xəbər verəcəkdir. (Yuxarıdakı ayədən də aydın olduğu kimi, hər hansı xalqın, yaxud fərdin müqəddəs hesab etdiyi şeylərə söyməmək və onları təhqir etməmək lazımdır. Çünki bu kimi hərəkətlər nəticəsində onlar da buna reaksiya verərək müsəlmanların müqəddəs saydıqlarına və Allaha qarşı nalayiq sözlər sərf edər, yaxud təhqir edə bilərlər.)
109
110
111
112
113
114
115
116
119
Sizə nə olub ki, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yemirsiniz? Halbuki məcbur qaldığınız vaxt (yeyə biləcəyiniz şeylər) istisna olmaqla, sizə haram etdiklərini O sizin üçün bəyan etmişdir. Həqiqətən, bir çoxları arzularına uyaraq bilmədən (insanları) haqq yoldan azdırarlar. Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı biləndir. (İnsan yeməyə heç bir şey tapmayıb ölüm təhlükəsi ilə üz-üzə gələrsə, həyatda qalmaq üçün haram olan şeylərdən ölməyəcək qədər yeyə bilər.)
120
121
122
123
124
125
126
127
128
Onların hamısını toplayacağı gün (Allah deyəcək): “Ey cin tayfası, siz insanların bir çoxunu (azdıraraq) özünüzə qoşdunuz”. Onların insanlardan olan dostları isə: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və artıq bizim üçün müəyyən etdiyin vədimizə çatmışıq”, - deyəcəklər. Allah da: “Allahın dilədiyi kimsələr istisna olmaqla, içində əbədi qalacağınız yer cəhənnəmdir”, - deyəcək. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
130
131
132
133
135
136
Onlar (Allahın) yaratdığı əkin və davardan Allah üçün pay ayırdılar və öz iddiaları üzrə: “Bu Allahındır, bu da (Allaha) şərik qoşduqlarımızındır!” - dedilər. Bütləri üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə bütlərə çatardı. Onların verdiyi hökm necə də pisdir! (Cahiliyyə dövründə bəzi ərəblər əkin məhsulları və heyvanlarının bir qismini Allahla bütlər arasında bölüşdürürdülər. Allah üçün ayırdıqları payı qonaqlar və kasıb insanlar üçün xərcləyər, bütləri üçün ayırdıqları payı isə, o bütlərə edilən ibadətlər üçün xərcləyərdilər. Əgər Allah üçün ayırdıqları pay olan heyvanlardan biri bütlərin payı olan heyvanlar tərəfə keçərsə, ona dəymirdilər. Bunun əksinə, bütlərin payı olan bir heyvan Allah üçün ayırdıqları heyvanlar tərəfə keçərsə, onu geri qaytarar və belə deyərdilər: “Allah zəngindir, bunlar isə kasıbdırlar”. Yuxarıdakı ayədə buna işarə edilir və onların bu əməlləri qınanır.)
137
138
Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır. (Müşriklər “Bəhirə”, “Saibə” və “Vəsilə” olaraq adlandırdıqları dəvə və qoyunların ətini və südünü öz istədikləri kimsələrdən başqalarına haram edirdilər. “Ham” adını verdikləri dəvələrə də minməyi haram etmişdilər. Onlar bəzi heyvanları kəsərkən bütlərin adını çəkirdilər. Yuxarıdakı ayə onların bu hərəkətlərinə işarə edir.)
139
Onlar: “Bu heyvanların qarınlarındakı (balaları) kişilərimizə məxsusdur (halaldır), qadınlarımıza isə haramdır”, - dedilər. Əgər (bala) ölü doğularsa, onlar (kişilər və qadınlar) ona ortaqdırlar. (Allah) onlara (bu şəkildəki halal-haram) vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir.
140
Şübhəsiz, səfehlikləri üzündən bilmədən öz uşaqlarını öldürən və Allaha iftira yaxaraq Allahın onlara verdiyi ruzini (qadınlara) haram edənlər ziyana uğramışlar. Onlar, həqiqətən, azmışlar və doğru yolda deyillər. (Cahiliyyə dövründə bir çox ərəb əsir düşməsindən, yaxud yoxsulluqdan qorxaraq yeni doğulan qız uşaqlarını diri-diri torpağa basdırırdı. Yuxarıdakı ayədə onların bu əməli qınanmışdır.)
141
142
143
(Erkək və dişi olmaqla) səkkiz cift (yaratmışdır); qoyundan iki dənə, keçidən iki dənə. De: “(Allah) iki erkəyimi, iki dişinimi, yoxsa iki dişinin bətnindəki (balalarımı) haram etmişdir? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə bildirin!” (O dövrdə ərəblər bəzən heyvanların erkəyini, bəzən dişisini, bəzən də balasını haram hesab edirdilər. Yuxarıdakı ayədə Allah onların bu əməllərini pisləyir. )
144
Dəvədən də iki dənə, inəkdən də iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.
145
De: “Mənə vəhy olunanların içində murdar olmaları səbəbilə leş, axıdılan qan, yaxud donuz əti və ya günah olaraq Allahdan başqasının adı ilə kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcbur qalarsa, həddi aşmadan zəruri ehtiyacı qədər (yeyərsə, bilsin ki), Rəbbin şübhəsiz, bağışlayandır, rəhmlidir!
146
147
148
Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (peyğəmbərləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”.
149
De: “Açıq-aydın dəlil Allaha məxsusdur. Əgər O diləsəydi, şübhəsiz, sizin hamınızı doğru yola yönəldərdi”. (Müşriklər: “Əgər Allah diləsəydi, nə biz müşrik olardıq, nə də atalarımız müşrik olardı və heç bir şeyi özbaşımıza haram etməzdik”, - deyərək şirkdə olmalarını Allahın iradəsinə bağlamaq istəyirdilər. Yuxarıdakı ayədə buna işarə edilir. Halbuki, əgər Allah diləsəydi, qullarından heç kim günaha meyil etməzdi. Ancaq O, qullarını savab və günah işləyə biləcək qabiliyyətdə yaratdı və onlara iradə verdi. Odur ki, insanlar öz əməllərini Allahın verdiyi cüzi iradə ilə yerinə yetirirlər. Allahın diləməsi də həmin cüzi iradəyə uyğun təzahür edir.)
150
151
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız.
152
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
153
154
155
156
157
Yaxud da: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”, - deməyəsiniz deyə (Quranı nazil etdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və rəhmət gəlmişdir. Allahın ayələrini yalan sayaraq onlardan üz çevirən kəsdən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri, üz döndərdiklərinə görə ən pis əzabla cəzalandıracağıq.
158
Onlar ancaq özlərinə mələklərin, yaxud, Rəbbinin və ya Rəbbinin bəzi əlamətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi əlamətlərinin gələcəyi gün, əvvəlcədən iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə artıq imanı fayda verməyəcək. De: “Gözləyin! Şübhəsiz, biz də gözləyirik”. (Müşriklər Allahı, yaxud mələkləri açıq şəkildə görmədikcə və ya peyğəmbərin bildirdiyi bəzi qiyamət əlamətləri meydana gəlmədikcə iman gətirməyəcəklərini söyləyirdilər.)
159
160
161
162
164