21
SURE
Enbiya Suresi
⌄
⌄
3
4
5
7
9
10
13
17
18
19
22
24
25
26
28
29
30
31
32
Biz göyü də qorunmuş bir tavan etdik. Onlar isə ayələrimizdən üz döndərirlər. (Ayədəki “qorunmuş tavan” ifadəsi bir bənzətmədir. Dünyanın ətrafındakı digər göy cisimləri möhtəşəm bir nizam içində hərəkət edirlər. Bu nizam da Allah tərəfindən qorunmaqdadır. İnkarçıların üz çevirdikləri “ayələr” isə, Allahın varlığını və qüdrətini göstərən Günəş, Ay və digər göy cisimləri və onların nizamlı hərəkətidir.)
35
36
37
39
40
41
43
44
45
46
47
48
56
58
Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr. (Təfsirlərdə qeyd edilən rəvayətə görə, bir bayram günü Həzrət İbrahim bütləri balta ilə qırıb tökdükdən sonra baltanı qırmadığı böyük bütün boynuna asdı. Bayram şənliyindən qayıdan xalq bütlərin qırıldığını gördü.)
63
65
66
70
71
73
74
76
77
78
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, əkin sahəsinin sahibi ilə qoyun sürüsünün sahibləri arasındakı mübahisədə Həzrət Davud və Həzrət Süleyman bir-birindən fərqli hökm vermişdilər. Həzrət Davud ziyan vurulmuş əkin sahəsinin dəyərinin, qoyunların qiymətinə bərabər olduğunu bildirərək qoyunların təzminat olaraq əkin sahəsinin sahibinə verilməsinə hökm vermişdi. Oğlu Həzrət Süleyman isə, əkin sahəsinin qoyunların sahiblərinə verilməsinə və onların bu əkin sahəsini əvvəlki vəziyyətinə gətirmələrinə hökm vermişdi. Qoyunlar da əkin sahəsinin sahibinə verilməli və əkin sahəsi əvvəlki halına düşənə qədər qoyunların südündən, yunundan və quzularından faydalanmalı idi. Həzrət Davud oğlunun bu hökmünü bəyənmiş və özünün verdiyi hökmü ləğv etmişdi.)
79
80
81
82
83
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi. (Təfsirçilərin qeyd etdiyinə görə, Həzrət Əyyub zəngin və geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü də əlindən çıxmışdı. Özü də on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən və sağalması üçün dua etməkdən həya edirdi. Nəhayət, xanımının xahişi ilə yuxarıdakı ayədə qeyd edildiyi kimi Allaha dua etməklə kifayətlənmişdi.)
84
87
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. (“Zünnun” Yunis peyğəmbərin ləqəbidir və “balıq sahibi” mənasına gəlir. Balıq onu udduğu üçün ona bu ləqəb verilmişdir. Yunis peyğəmbər uzun müddət qövmünü haqq dinə dəvət etmiş, ancaq insanların ona inanmayacağına qənaət gətirərək qəzəbli bir halda onları tərk edib getmişdi. Digər bir rəvayətə görə, Yunis peyğəmbər qövmünə, onlara bir bəla gələcəyini bildirmiş, ancaq daha sonra onlar tövbə etdikləri üçün bu bəla onlardan sovuşdurulmuşdur. Yunis peyğəmbər oradan uzaqlaşmış və bir gəmi ilə səfərə çıxmışdı. Ancaq batmaq üzrə olan gəminin yükünü azaltmaq üçün gəmidəkilər arasında püşk atılmış və bunun nəticəsində Yunis peyğəmbər dənizə atılmışdı. Dənizdə onu iri bir balıq udmuş və o da, balığın qarnında ikən yuxarıdakı ayədə qeyd edildiyi kimi Allaha dua etmişdi.)
89
90
91
92
93
94
97
98
101
102
103
104
105
108
109
111