22
SURE
Hac Suresi
⌄
⌄
2
3
4
5
Ey insanlar! Əgər yenidən dirilməkdən şübhə edirsinizsə (bilin ki), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (döllənmiş yumurtadan), sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. Dilədiyimizi müəyyən bir vaxta qədər ana bətnində gözlədərik. Sonra sizi uşaq olaraq (ana bətnindən) çıxardarıq. Sonra yetkinlik çağına çatmanız üçün (sizi böyüdərik). Sizdən kimisi vəfat edər, kimisi də ömrünün ən ixtiyar (yaddaşını və gücünü itirmiş) çağına qaytarılar ki, bilikli bir kimsə ikən daha sonra heç bir şey bilməz bir hala düşsün. Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər.
8
9
11
12
13
14
15
16
17
19
22
23
24
25
26
27
28
29
30
31
33
34
35
36
Sizin üçün (qurbanlıq) dəvələri də Allahın nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Ona görə də onlar ayaq üstə ikən üstlərində Allahın adını çəkin (və qurban olaraq kəsin)! Böyrü üstə düşdüyü zaman onlardan həm özünüz yeyin, həm də əl açan və ya açmayan kasıblara yedirin! Beləcə, şükür edəsiniz deyə onları (o heyvanları) sizin xidmətinizə verdik.
37
39
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir. (Məkkəli müşriklər Həzrət Peyğəmbərə və əshabına, xüsusilə də fağır və aciz kimsələrə müxtəlif cür işgəncələr verir və onlara basqınlar edirdilər. Möminlər də Həzrət Peyğəmbərin yanına gələrək bundan şikayət edir və döyüşmək üçün icazə istəyirdilər. Ancaq Allah tərəfindən izin verilmədiyi üçün Həzrət Peyğəmbər onlara səbirli və mətin olmalarını tövsiyə edirdi. Beləliklə, yuxarıdakı ayə ilə ilk dəfə müharibə üçün möminlərə icazə verilmişdir.)
40
Onlar (müharibə üçün izin verilənlər) o kəslərdir ki, yalnız: “Rəbbimiz Allahdır!” - dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanlardan bir qisminin şərini digər bir qismi ilə dəf etməsəydi, içində Allahın adı çox-çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir.
41
42
44
45
46
47
48
52
(Ey Peyğəmbər!) Biz səndən əvvəl elə bir rəsul və nəbi göndərməmişik ki, o bir şeyi arzuladığı zaman şeytan onun arzusuna bir şey qatmasın. Ancaq Allah şeytanın qatdığını yox edər. Sonra Allah Öz ayələrini möhkəmləndirər. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Bu ayə peyğəmbərlərin də xəta edə biləcəyini, ancaq onların Allah tərəfindən şeytanın vəsvəsəsindən qorunduqlarını ifadə edir. Şeytan peyğəmbərə gələn vəhyin içinə başqa şeylər qatmaq istəsə də, Allah tərəfindən bunun qarşısı alınmışdır.)
53
54
55
56
58
59
60
61
62
63
64
65
66
67
70
71
72
73
75
78
Allah yolunda layiqincə cihad edin! O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. Peyğəmbərin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı. Elə isə namazı qılın, zəkatı verin və Allaha sarılın (güvənin)! O, sizin mövlanızdır (himayədarınızdır). O nə gözəl mövla və nə gözəl yardımçıdır!