58
SURE
Mücadele Suresi
⌄
⌄
1
2
Sizdən öz qadınlarına zihar edənlər bilsinlər ki, o qadınlar onların anaları deyillər. Onların anaları ancaq özlərini dünyaya gətirən qadınlardır. Onlar, həqiqətən, çirkin bir söz və yalan söyləyirlər. Şübhəsiz ki, Allah çox əfv edəndir, bağışlayandır. (Cahiliyyə dövründə ərəblər arasında “Zihar” deyilən bir adət var idi. Belə ki, əgər bir kişi öz xanımına: “Sən mənim üçün anamın beli kimisən!” - deyərsə, o qadın həmin kişiyə haram sayılır və birdəfəlik əri tərəfindən tərk edilirdi. Yuxarıdakı ayə ilə Allah-Təala tərəfindən bu anlayışın yanlış olduğu və belə sözlərlə arvadın ərinin anası olmayacağı bildirilmiş və belə edənlərə aşağıdakı ayələrdə qeyd edilən cəzalar qoyulmuşdur.)
3
4
Kim (bunu etməyə imkan) tapmazsa, (öz qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay arxa-arxaya oruc tutmalıdır. Kimin buna gücü çatmazsa, altmış fağırı doydurmalıdır. Bu, Allaha və Onun Peyğəmbərinə iman gətirdiyinizə görədir. Bunlar Allahın hüdudlarıdır (hökmləridir)! Kafirlər üçün acı bir əzab vardır.
5
6
7
Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
8
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
9
10
11
12
Ey iman gətirənlər! Peyğəmbərlə gizli bir şey danışacağınız zaman bu danışığınızdan əvvəl bir sədəqə verin! Bu sizin üçün daha yaxşı və daha təmizdir. Əgər (sədəqə vermək üçün) bir şey tapa bilməsəniz, bilin ki, Allah bağışlayandır, rəhmlidir. (Bu ayədə möminlərə Həzrət Peyğəmbərə hörmət göstərmələri, ona sual verərkən narahat etməmələri və kasıblara sədəqə vermələri tövsiyə olunmuşdur.)
13
(Peyğəmbərlə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır. (Təfsirçilərə görə, bu ayə özündən əvvəlki ayənin hökmünü nəsx etmiş və beləliklə, qeyd edilən sədəqəni vermək məcburiyyəti aradan qaldırılmışdır.)
14
16
17
18
19
21
22
Allaha və axirət gününə inananların - ataları, oğulları, qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və Peyğəmbərinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.