4
SURE
Nisa Suresi
⌄
⌄
1
2
3
Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır.
4
5
6
Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan )insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.
7
8
9
10
11
Allah övladlarınız haqqında sizə (belə) tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər (övladların hamısı) ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır. Əgər (ölənin) övladı varsa, onun valideyn-lərinin hər birinə qoyub getdiyi (malının) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də (ancaq )valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaşları (və ya bacıları) varsa, onun ana-sına (mirasının) altıda bir hissəsi düşür. (Bu bölgü )ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra (aparılır). Valideynləriniz-dən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. (Bunlar) Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
12
Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri (malın) yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz (malın) dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz (malın) səkkizdə bir hissəsi onlara çatır. Əgər (vəfat etmiş) kişinin və ya qadının valideyni və övladı yoxdursa, (eyni anadan) bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə (mirasın) altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. (Bu bölgü,) (vərəsələrə) (zərər yetirməmək şərti ilə )vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra (aparılır). (Bunlar) Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.
13
14
15
16
17
18
19
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görmə-yincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşla-madığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.
20
21
22
23
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
24
Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da (sizə haram edildi). Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi. (Evləndiyiniz)qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müd-rikdir.
25
Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. (Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. (Kənizlərlə evlənmək) sıxıntıya düşməkdən (və ya zina etməkdən) qorxanlarınız üçündür. Amma səbrli olsanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağışlayandır, Rəhmlidir.
26
27
29
30
31
32
33
34
Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qo-ruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.
35
36
37
38
39
40
41
42
43
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və (cinsiəlaqədən sonra) natəmiz olduğunuz halda, – yolda olan (müsafirlər )istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.
44
45
46
Yəhudilərdən bəziləri kəl-mələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq!”, “eşidilməyəni eşit!”, “bizə qayğı göstər!”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
47
48
49
51
53
54
55
56
57
58
59
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanır-sınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
60
61
62
63
64
65
66
69
71
72
73
74
75
76
77
Məgər sən, özlərinə: “(Müharibədən) əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruş-mağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”.
78
79
80
81
82
83
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (ha-mınız) şeytana uyardınız.
84
85
86
87
88
89
90
Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz.
91
Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkmə-sələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik.
92
Xəta istisna olmaqla heç bir möminə (başqa) bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o (ölən kimsə), mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda (qatil) mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda (qatil) onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir.
93
94
Ey iman gətirənlər! Allah yolunda (döyüşə) çıxdığınız zaman (kiminlə vuruşacağınızı) yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən-fəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, (kiminlə vuruşacağınızı) yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
95
Möminlərdən – üzürlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.
96
97
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən (onlara): “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”– deyəcəklər. (Mələklər də onlara): “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”– deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
98
100
101
102
Sən (səhabələrinin) arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. (Sonra) namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını (tutsunlar) və silahlarını da (özləri ilə) götürsünlər. Kafirlər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
103
104
105
107
108
109
110
112
113
Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni (doğru yoldan) azdırmaq niyyətində ola-caqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
114
115
116
118
119
120
122
123
124
125
127
Səndən qadınlar barəsində hökm (verməyini) istəyirlər. De: “Onlar barəsində və (həmçinin) Kitabda sizə oxunan (ayələrdə) özlərinə müəyyən edilmiş (mirası) verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.
128
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır.
129
130
131
133
134
135
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.
136
137
139
140
(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.
141
Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?”– deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz (möminlərlə birlikdə) sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?”– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri (məğlub etməyə )yol verməyəcəkdir.
142
143
144
145
146
147
148
149
150
152
153
Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər. Haqsızlıqlarına görə on-ları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından bu-zovu tanrı qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.
154
155
Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, pey-ğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
157
bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətədüçaredildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.
159
160
161
162
163
164
165
166
170
171
Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən (göndərilən) bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “(İlah )üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu) sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaq-dır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.
172
173
İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.
175
176
Səndən fitva istəyirlər. De: “Valideyni və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər (varislər) iki bacıdırsa, (ölənqardaşın) qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər (varislər) qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər (pay) düşür. Allah bunu sizə bəyan edir ki, (doğru) yoldan çıxmayasınız. Allah hər şeyi bilir.