10. Yunus Suresi 91. ayet Ələddin Sultanov

İndimi (iman gətirdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin. (Firon daha əvvəl Misirdə öz tanrılığını elan etmişdi. Onu tanrı kimi qəbul etməyənlərə isə şiddətli əzab verirdi. Xüsusilə də İsrail oğullarına əzab-əziyyət verir və onları qul kimi işlədirdi. Nəhayət, Musa peyğəmbərin və qardaşı Harun peyğəmbərin duaları Allah tərəfindən qəbul olunmuş və onlar öz qövmləri ilə birlikdə Fələstinə köçmək üçün Qızıl dənizin kənarına qədər gəlmişdilər. Əvvəlcə onların getməsinə icazə verən Firon isə fikrindən dönmüş və ordusu ilə onları təqib etmişdi. Musa peyğəmbər Allahdan gələn vəhylə əsasını dənizə vurmuş və dəniz iki yerə bölünmüşdü. İsrail oğulları həmin yerdən dənizi keçmiş, ancaq onların ardınca gələn Firon və ordusu dənizin ortasına çatdıqları zaman Allah onları suda boğmuşdu. Firon son nəfəsində iman gətirdiyi üçün onun imanı Allah tərəfindən qəbul edilməmişdir.)
آٰلْـٰٔنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنْتَ مِنَ الْمُفْسِد۪ينَ
Al'ane ve kad asayte kablu ve kunte minel mufsidin.
Ayetbul | Kuran Mealleri | Quran | Yunus suresi 91. ayet

#kelimeanlamkök
1 al'ane şimdi mi? ءَآلْـَٔـٰنَ
2 ve kad oysa وَقَدْ
3 asayte isyan etmiştin عَصَيْتَ
4 kablu daha önce قَبْلُ
5 ve kunte ve olmuştun وَكُنتَ
6 mine -dan مِنَ
7 l-mufsidine bozguncular- ٱلْمُفْسِدِينَ