Kitab əhlindən və müşriklərdən haqqı inkar edənlər özlərinə açıq-aydın dəlil gələnə qədər (küfrdən) ayrılmadılar.
2
Bu dəlil Allah tərəfindən göndərilən və tərtəmiz səhifələri oxuyan bir peyğəmbərdir.
3
Onların içində doğru və dəyərli hökmlər yazılmışdır.
4
Kitab verilənlər onlara yalnız açıq-aydın dəlil (son peyğəmbər) gəldikdən sonra parçalandılar.
5
Halbuki onlara dini yalnız Allaha məxsus edərək və hənif olaraq (Allaha şərik qoşmadan) Ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdu. Doğru din budur!
6
Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
7
Şübhəsiz ki, iman gətirib yaxşı əməllər edənlər yaradılanların ən xeyirliləridir.
8
Rəbbi yanında onların mükafatı (ağacları) altından çaylar axan və əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu (mükafatlar), Rəbbindən qorxanlara məxsusdur.