3
SURE
Ali İmran Suresi
⌄
⌄
3
4
6
7
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (mənası aydın olan) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (mənası dəqiq bilinməyən) ayələrdir. Ancaq qəlblərində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
8
9
10
11
12
13
(Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır.
14
15
16
17
18
19
20
Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə (müşrik ərəblərə) də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.
21
23
24
25
26
27
28
29
30
31
32
33
35
36
37
Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi. (Zəkəriyya peyğəmbər, Həzrət Məryəmin xalasının əri idi. O, Beyti-məqdisdə Məryəmin yetişməsini öz üzərinə götürmüşdü. Zəkəriyya peyğəmbər hər dəfə Məryəmin məbəddəki otağına girəndə onun yanında müxtəlif növ təzə meyvələr görürdü. Halbuki, o meyvələr həmin mövsümdə orada yetişmirdi.)
38
39
40
41
42
44
45
47
49
Və o, İsrail oğullarına peyğəmbər (olacaqdır). (İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır.
50
52
53
54
55
56
57
59
61
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!” (Bu ayəyə “Mübahilə ayəsi” deyilir ki, bir məsələ barəsində mübahisə edən iki tərəf, hansının haqlı olduğunu ortaya çıxarmaq üçün qarşılıqlı lənətləşirlər.)
62
63
64
65
66
Baxın, siz bildiyiniz şeylər barəsində mübahisə etmişdiniz. Bəs bilmədiyiniz şeylər barəsində nə üçün mübahisə edirsiniz? Allah bilir, siz isə bilməzsiniz. (Xristianlar və yəhudilər öz aralarında mübahisə edirdilər və hər iki tərəf İbrahim peyğəmbərin öz dinlərinə mənsub olduğunu iddia edirdi. Bunun üçün də dəlillər ortaya qoymağa çalışırdılar.)
67
68
69
72
73
Və sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”(- dedilər). (Ey peyğəmbər!) De ki: “Əlbəttə, doğru yol Allahın yoludur”. (Yəhudilər yenə öz aralarında belə dedilər:) “Sizə verilənin (Tövratın) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz nəzdində sizinlə mübahisə edəcəklərinə (inanmayın)!” De: “Həqiqətən, lütf Allahın əlindədir. Onu, dilədiyi şəxsə bəxş edər. Allah (lütfü ilə) genişdir, (hər şeyi) biləndir”.
75
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər: “Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Bu ayədəki “ümmi” kəlməsi “əhli-kitabdan olmayan ərəblər” mənasındadır.)
76
77
78
Onlardan (kitab əhlindən) bir dəstə də kitabı (Tövratı) oxuyarkən dillərini əyib-bükərlər ki, onu (oxuduqlarını) kitabdan hesab edəsiniz. Halbuki, o (oxuduqları), kitabdan deyildir. Onlar, oxuduqlarının Allah dərgahından olduğunu deyərlər. Halbuki o, Allah dərgahından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
79
Allah kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis qullar olun!” (Xristianlar Həzrət İsanın ilah olduğunu iddia edirlər. Həzrət İsanın gətirdiyi dində olmayan və Allahın birliyinə zidd olan bu iddia İslam dininə görə batil bir inancdır. Yuxarıdakı ayədə bu məsələyə işarə olunur.)
80
81
Bir vaxt Allah peyğəmbərlərdən: “Sizə kitab və hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir peyğəmbər gəldiyi zaman mütləq ona iman gətirəcək və ona yardım edəcəksiniz!” – deyə əhd almış və onlara: “Təsdiq edib əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da: “Qəbul etdik!” - demişdilər. (O zaman Allah): “Elə isə, şahid olun! Mən də sizinlə bərabər şahid olanlardanam!” – demişdi.
83
84
85
86
88
89
90
91
92
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (“Yaxşılıq” olaraq tərcümə etdiyimiz “birr” kəlməsini təfsirçilər “cənnət, xeyrin və yaxşılığın zirvə nöqtəsi, Allahın rəhməti və rizası” olaraq təfsir etmişlər.)
93
95
96
97
Orada açıq-aydın nişanələr və İbrahimin məqamı vardır. Kim ora daxil olarsa, əmin-amanlıqda olar. Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim (bu borcu) inkar edərsə, (bilsin ki,) həqiqətən, Allah aləmlərə (insanlara) möhtac deyildir. (Bu ayə gücü çatan müsəlmanlara həcc ibadətinin fərz olduğunu bildirir.)
98
99
100
101
103
Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.
104
105
106
107
108
110
(Ey Mühəmməd ümməti!) Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, bu onlar üçün daha yaxşı olardı. Onların içərisində iman gətirənlər olsa da, əksəriyyəti haqq yoldan azmış kimsələrdir.
111
112
Harada olursa olsunlar, Allahın və (mömin) insanların himayəsinə sığınanlar istisna olmaqla, onlara zillət damğası vurulmuşdur. Onlar Allahın qəzəbinə düçar olmuşlar və onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (Allaha qarşı) üsyan etmələri və həddi aşmalarına görədir.
113
114
116
117
(Onların) bu dünya həyatında sərf etdikləri şeylərin misalı, özünə zülm edən bir qövmün əkinlərini vurub onu məhv edən soyuq bir küləyin misalı kimidir. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. (Bu ayədə, sahib olduqları mal-mülk səbəbi ilə lovğalanan və Allaha üsyan edən kafirlərin riyakarlıqla sərf etdikləri, yaxud müsəlmanları məğlub etmək üçün xərclədikləri malları, zalım kəslərin soyuq bir külək nəticəsində məhv olmuş əkinlərinə bənzədilmişdir. Belə bir əkin sahəsinin heç bir faydası olmadığı kimi kafirlərin sərf etdikləri malların da özlərinə heç bir faydası olmayacaqdır.)
118
Ey iman gətirənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. Ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik.
119
Baxın, siz o kimsələrsiniz ki, onlar sizi sevmədikləri halda siz onları sevirsiniz. Siz bütün kitablara inanırsınız. Sizinlə görüşdükləri zaman: “Biz iman etmişik”, - deyərlər. Ancaq xəlvətdə olduqları zaman sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirərlər. De: “Ölün acığınızdan!” Şübhəsiz ki, Allah ürəklərdə olanları biləndir.
120
121
122
123
124
125
126
127
128
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir rəvayətə görə Ühüd döyüşündə Həzrət Peyğəmbər (s.ə.s) yaralandığı zaman o: “Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi bildirilmişdir.)
129
130
133
134
135
136
137
138
139
140
Əgər siz (Ühüd döyüşündə) bir yara almışsınızsa, o biri (kafir olan) dəstə də (Bədr döyüşündə) buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman gətirənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz.
141
142
144
Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır. (Ühüd döyüşündə Abdullah ibn Qamiə adlı bir müşrikin atdığı daş nəticəsində Həzrət Peyğəmbərin (s.ə.s.) bir dişi qırılmış və üzü yaralanmışdı. Bu müşrikin: “Mühəmmədi öldürdüm!” – deyərək qışqırmasını eşidənlər: “Mühəmməd öldürüldü!” – deyə xəbər yaydılar və bu yalan xəbər müsəlmanlar arasında yayıldı. Beləcə, müsəlman əsgərlər arasında çaxnaşma yarandı. Həzrət Peyğəmbər (s.ə.s.) isə: “Buradayam! Bura gəlin!” – deyə səslənirdi. Yuxarıdakı ayə bu yalan xəbərə görə çaxnaşmaya düşən müsəlman əsgərləri tənbeh etmək məqsədilə nazil olmuşdur. Yəni, Həzrət Peyğəmbər (s.ə.s.) fanidir, İslam dini isə qiyamətə qədər baqidir.)
145
146
147
148
149
151
152
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (peyğəmbərin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
153
154
Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər: “(Ühüd döyüşü barəsində alınan bu) qərarda bizim rolumuz vardımı?” De: “Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin ürəklərinizdə olanları yoxlamaq və qəlblərinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah ürəklərdəkini biləndir!”
155
156
Ey iman gətirənlər! Siz, yer üzündə səfərə (cihada) çıxan və ya müharibədə olan qardaşları haqqında: “Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” - deyən kafirlər kimi olmayın! Allah bunu, onların ürəklərində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir.
157
159
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Yuxarıdakı ayədən də görüldüyü kimi, İslam dini, müsəlmanların rəhbəri Həzrət Peyğəmbər (s.ə.s.) olsa da, ümmət üçün idarəçilikdə məsləhət və məşvərət mənasına gələn “şura” prinsipini ortaya qoymuşdur. Belə ki, Həzrət Peyğəmbər (s.ə.s.) də bəzi dünyəvi məsələlərdə səhabələrlə məsləhətləşmişdir. Məsləhət və məşvərətin mahiyyəti isə İslam cəmiyyətinin vəziyyətinə və yaşadıqları dövrə görə fərqli ola bilər.)
160
161
162
164
165
(Bədr döyüşündə düşmənin başına) ikiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bədr döyüşündə müsəlmanlar müşriklərdən yetmiş nəfəri öldürüb yetmiş nəfəri də əsir götürmüşdülər. Ühüd döyüşündə isə müsəlmanlardan yetmiş nəfər şəhid olmuşdu. Ayədəki müsibət ifadəsi ilə bu hadisəyə işarə edilmişdir. Eyni zamanda bu müsibətin, peyğəmbərin sözündən çıxmaları səbəbilə başlarına gəldiyi bildirilmişdir.)
166
167
Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlblərində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlblərində) gizlətdikləri şeyi daha yaxşı bilir.
168
169
170
171
172
173
174
175
176
177
178
179
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin Həzrət Peyğəmbərə (s.ə.s.): “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)
180
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ayədəki “miras” kəlməsi təfsirlərdə belə izah edilmişdir: “Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.)
181
183
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?” (Təfsirlərdə nəql edilən rəvayətlərə görə, Mədinədəki yəhudilərin müsəlman olmamaq üçün bəhanə etdikləri xüsusi möcüzə, Həzrət İsa peyğəmbərin göndərilməsidir. Bu möcüzə gəldiyi halda onlar yenə də İsa peyğəmbəri inkar etmişdilər.)
184
185
186
187
188
190
191
192
193
194
195
Rəbbi də onların duasını qəbul etdi (və dedi:) “Kişi və ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm və onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır.
196
Kafirlərin (bolluq içində) ölkə-ölkə gəzib dolaşmaları səni əsla aldatmasın! (Bəzi möminlər, kafirlərin maddi imkanlarının yaxşı olduğunu və bolluq içində yaşadıqlarını gördüyü zaman: “Görünən odur ki, Allahın düşmənləri bolluq içində yaşayır, biz isə əziyyət çəkirik”, - demişdilər. Buna görə də yuxarıdakı ayə nazil olmuşdur.)
197
198
199