101
SURE

Karia Suresi

Ələddin Sultanov •
⌄
⌄
00:00 / 00:00
1
Qorxuya salan (qiyamət)!
2
Nədir o qorxuya salan?!
3
Sən haradan biləsən ki, qorxuya salan nədir?!
4
O gün insanlar səpələnmiş kəpənəklər kimi olacaqlar.
5
Dağlar isə didilmiş rəngli yun kimi olacaqdır.
6
(O gün) kimin (yaxşı əməl) tərəzisi ağır gələrsə,
7
O, razı qalacağı bir həyat sürəcəkdir.
8
Kimin (yaxşı əməl) tərəzisi yüngül gələrsə,
9
Onun anası (sığınacağı yer) Haviyədir.
10
Sən haradan biləsən ki, Haviyə nədir?!
11
O, qızmar bir oddur.