1

Fatiha Suresi Ələddin Sultanov

1
Rəhman və Rəhim olan Allahın adı ilə!
2
Həmd olsun aləmlərin (insan, cin və mələklər aləminin) Rəbbi olan Allaha,
3
Rəhman və Rəhim olana,
4
Din (axirət) gününün sahibinə!
5
Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.
6
Bizi doğru yola yönəlt!
7
Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt), qəzəbə düçar olmuşların və azmışların yoluna yox!